RU

MKİ-nin keçmiş rəhbəri: ABŞ İrana iki gün ərzində zərbə endirə bilər

Mərkəzi Kəşfiyyat İdarəsinin keçmiş direktoru Con Kiriakou ABŞ Prezidenti Donald Trampın İrana hücumla bağlı son qərarı artıq verdiyini bildirib.

Aznews.az xəbər verir ki, bu barədə "Bild" nəşri bildirib.

Kiriakou planın müzakirə edildiyi gün Ağ Evdə olan keçmiş kəşfiyyat rəsmisinə istinad edib. O qeyd edib ki, zərbə bazar ertəsi və ya çərşənbə axşamı günü həyata keçirilə bilər. Bu, Tehrana göndərilən rəsmi 10 günlük ultimatuma baxmayaraq baş verəcək.

Onun sözlərinə görə, Tramp iranlıları çaşdırmaq üçün vaxtından əvvəl gözlənilməz bir zərbə endirmək niyyətindədir.

Избранный
10
2
aznews.az

6Источники