RU

Azərbaycan gimnastları Dünya Kubokunu altı medalla başa vurublar

Milli Gimnastika Arenasında keçirilən batut gimnastikası və tamblinq üzrə Dünya Kuboku başa çatıb.

News365.az xəbər verir ki, Azərbaycan yığması bu yarışı 6 medalla (iki qızıl, iki gümüş, iki bürünc) başa vurub.

Batut gimnastikası üzrə fərdi proqramda Selcan Mahsudova gümüş, qarışıq sinxron proqramda Maqsud Mahsudov - Selcan Mahsudova cütlüyü qızıl, sinxron qadınlar proqramında Selcan Mahsudova - Şəfiqə Hümbətova və sinxron kişilər proqramında isə Maqsud Mahsudov - Hüseyn Abbasov cütlüyü bürünc medal qazanıb.

Tamblinq üzrə yarışlarda isə Tofiq Əliyev gümüş və Mixail Malkin qızıl medal qazanıb.

Qeyd edək ki, Azərbaycanı batut gimnastikası üzrə Maqsud Mahsudov, Hüseyn Abbasov, Fərhad Vəliyev, Nicat Mirzəyev, Selcan Mahsudova, Şəfiqə Hümbətova, İbrahim Mustafazadə və Ayan Şabanova, Tamblinq üzrə isə Mixail Malkin, Tofiq Əliyev, Adil Hacızadə və Bilal Qurbanov təmsil ediblər.

Избранный
16
7
news365.az

8Источники