"Bayern Münhen"in futbolçusu Camal Musiala klubun tarixinə keçib.

Offsideplus.az xəbər verir ki, o, Münhen təmsilçisinin forması ilə Bundesliqada 100 qələbəyə ən gənc çatan futbolçu olub - 22 yaş 360 gün.

Musiala 2020-ci ilin iyununda Bundesliqada debüt edib.

O, Almaniya çempionatında 145 oyunda 45 qol vurub və 31 məhsuldar ötürmə edib.