RU

Mingəçevir Dövlət Universitetində dayanıqlı inkişaf məqsədləri üzrə konkret hədəflər müəyyənləşdirilib

ain.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Mingəçevir, 22 fevral, Vüsalə Cənnətova, AZƏRTAC

Mingəçevir Dövlət Universitetinin Dayanıqlı İnkişaf Məqsədləri komandasının (SDG Team) iclası keçirilib.

AZƏRTAC-ın bölgə müxbirinin verdiyi məlumata görə, iclasda SDG ilə bağlı görüləcək işlər, komandanın məqsədlər üzrə iş bölgüsü və fəaliyyət planı müzakirə edilib. Komanda üzvləri arasında SDG-lərin həyata keçirilməsinə dair strateji istiqamətlər müəyyən olunaraq hər bir üzvün məsuliyyət sahələri təyin edilib.

Universitetin rektoru Anar Eminov Dayanıqlı İnkişaf Məqsədlərinin MDU-nun təhsil, elmi fəaliyyət və sosial layihələrində daha effektiv şəkildə tətbiq olunması barədə fikirlərini bölüşüb. Rektor SDG-lərin yalnız ekoloji və iqtisadi sahələrdə deyil, həm də sosial və mədəni inkişafda mühüm rol oynadığını vurğulayıb. Eyni zamanda, universitetin bu istiqamətdəki fəaliyyətini daha da gücləndirmək üçün müxtəlif beynəlxalq əməkdaşlıq layihələrinin həyata keçirilməsinin vacibliyini qeyd edib.

İclasda tədris və tədqiqat fəaliyyətləri ilə bağlı konkret addımlar da müzakirə olunub. Tədbirin sonunda universitetin SDG ilə bağlı gələcək fəaliyyətləri üçün konkret hədəflər müəyyən edilərək, birgə iş birliyinin gücləndirilməsi istiqamətində müvafiq qərarlar qəbul edilib.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
18
azertag.az

1Источники