RU

"Dünya gücləri bizi baş əyməyə məcbur etmək üçün qorxaqlıqla sıraya düzülüblər"

İran nüvə danışıqlarında ABŞ-nin təzyiqlərinə boyun əyməyəcək.

Publika.az xəbər verir ki, bu barədə İran Prezidenti Məsud Pezeşkian deyib.

Ölkə başçısı amerikalı həmkarı Donald Trampın Tehranı nüvə proqramı ilə bağlı razılaşmaya məcbur etmək üçün məhdud zərbələr endirməyi nəzərdən keçirdiyini bildirməsindən sonra geri çəkilməyəcəklərinə söz verib.

Pezeşkianın səsləndirdiyi bu fikirlər ABŞ-nin iki təyyarədaşıyan gəmi və onlarla qırıcı yerləşdirərək hərbi iştirakını gücləndirdiyi Fars körfəzində gərginliyin yüksəldiyi bir vaxta təsadüf edir.

Избранный
11
23
publika.az

10Источники