RU

Danimarka müdafiə nazirindən Trampa sərt cavab: Qrenlandiyanın xarici yardıma ehtiyacı yoxdur

BAKI, 22 fevral. TELEQRAF

Qrenlandiyanın səhiyyə sisteminin heç bir xarici yardıma ehtiyacı yoxdur.

Teleqraf xəbər verir ki, bunu Danimarkanın müdafiə naziri Troels Lund Poulsen ABŞ Prezidenti Donald Trampın Qrenlandiya sahillərinə yerli əhaliyə tibbi yardım göstərmək məqsədilə hospital gəmisi göndərmək barədə bəyanatını şərh edərkən deyib.

Nazir bildirib ki, Qrenlandiya əhalisi lazımi tibbi yardımı elə adanın özündə alır:

"Qrenlandiyalılar həmçinin Danimarkada da ixtisaslaşmış tibbi yardım ala bilərlər. Qrenlandiyada səhiyyənin təmin edilməsi üçün xüsusi tədbirlərə ehtiyac yoxdur. Qrenlandiya hökuməti artıq bu gün bu məsələ ilə məşğul olur, ehtiyac yarandıqda isə Birlik (Danimarka, Farer adaları və Qrenlandiya - red.) prosesə dəstək verir".

Qeyd edək ki, Donald Tramp şənbə günü yerli sakinlərə tibbi yardım göstərmək üçün ABŞ-nin Qrenlandiya sahillərinə hospital gəmisi göndərəcəyini açıqlayıb. O, özünün "Truth Social" sosial şəbəkə hesabında yazıb:

"Luiziana ştatının fantastik qubernatoru Ceff Lendri ilə əməkdaşlıq çərçivəsində, orada heç kimin düşünmədiyi bir çox xəstə insanın qayğısına qalmaq üçün Qrenlandiyaya gözəl bir hospital gəmisi göndərəcəyik. Gəmi artıq yoldadır".

Избранный
11
teleqraf.com

1Источники