RU

ABŞ ilə tərs düşən İranın qonşularına siyasi təzyiq və ya hərbi təhdidlər etməsi tanış səhnədir Video

ain.az bildirir, Bizimyol portalına istinadən.

“İranın SEPAH-ı təhdid edib ki, “əgər Amerika İrana hücum edərsə, İran da Azərbaycanın Gürcüstandan Türkiyəyə gedən neft borusunu partladacaq”. Bu kimi təhdidləri SEPAH ilk dəfə deyil ki, dilə gətirir. Qarabağın azadlıq müharibəsində ermənilər və pasdarlar bundan dəfələrlə, hətta daha şiddətli təhdidlər edirdilər. Deyirdilər ki, "borunu partladıb Azərbaycanın enerji yolunu kəsərik". Amma Azərbaycana bu kimi söhbətlər tanışdır. Bu yaxınlarda iranlı nazir Azərbaycana gələndə Azərbaycan səlahiyyətliləri ilə bu məsələlər üzrə danışıqlar aparılıb. Amma bu gün məsələ Xamenei ilə bağlıdır”.

Bu barədə Bizimyol.info xəbər portalına güneyli fəal Maşallah Rəzmi danışıb: “Xamenei çıxışlarında bildirib ki, Amerika İrana hücum edərsə, bu müharibə Amerika ilə İran və ya İsraillə İran arasında qalmayacaq və regional müharibəyə çevriləcək. Xamenei bu barədə danışandan sonra SEPAH da bu barədə danışmağa başlayıb. Amma nə İslam Cümhuriyyətinin gücü var ki, Amerikanın qarşısında duruş gətirə bilsin, nə də onlara icazə verilməz ki, əllərində olan ballistik raketlərdən istifadə edərək enerji təsisatlarına zərər vursunlar”.

Maşallah Rəzmi

Maşallah Rəzmi qeyd edib ki, bu fikirlər rəsmilər tərəfindən dilə gətirilmir: “Yəqin ki, Azərbaycan buna hazırdır və bilir ki, belə hücum olarsa, onlara necə bir qarşılıq verəcək”.

Xatırladaq ki, SEPAH-a bağlı Fars Xəbər Agentliyi sosial şəbəkədə Azərbaycanı açıq şəkildə hədələyib. Paylaşımda iddia olunur ki, ABŞ-ın İrana hücumu halında Bakı–Tbilisi–Ceyhan neft kəməri hədəf alınacaq. Bu, Azərbaycanın strateji enerji infrastrukturuna birbaşa təhdid kimi qiymətləndirilir.

Maşallah Rəzminin İran-ABŞ gərginliyi ilə bağlı açıqlamasını Bizimyol.info xəbər portalının YouTube səhifəsində izləyə bilərsiniz.

İradə Cəlil, Bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
15
bizimyol.info

1Источники