RU

Abituriyentlərə kimlər və niyə əziyyət verir?

"Uşaqların imtahan hazırlığı, qəbul imtahanlar niyə bu qədər çətindir? Bu proses və xoş olmayan mənzərə nədir?"

Ucnoqta.az xəbər verir ki, bu fikirləri “Hədəf” Şirkətlər Qrupunun qurucusu, filologiya üzrə fəlsəfə doktoru, dosent Şəmil Sadiq deyib.
"Təsəvvür edək mən altıncı sinifdə kitabda oxumuşam ki  tarixdə hansısa hadisə bu tarixdə baş verib. 2 - 3 ildən sonra bu kitab dəyişə bilir, oradakı bir mövzu dəyişdirilir. Mən 11-ci və ya 10-cu sinfə çatanda, ali məktəbə hazırlaşanda mənə deyirlər ki, indi artıq bu il altıncı sinif mövzusu dəyişdirilib, sən zəhmət çək yeni altıncı sinif dərsliyini oxu" - mütəxəssis bildirib.

Şəmil Sadıq qeyd edir ki, hər il DİM-nin yeni jurnalları çıxır və o proqramda hər il dəyişdirilmiş dərsliklər əsasında hazırlanır:
"Belə mövzularda adətən cəmiyyət yanlış olaraq təhsil nazirini, DİM sədrini günahlandırır. Bu onların işi deyil. Bu möövzunu hazırlayan mütəxəssislərin işidir. Bu səbəbdən abituriyentlər əziyyət çəkir. Onları bu qədər incitmək olmaz. Hər il yeni proqram olur. Dərsliklər dəyişə bilər. Müəllim dərsini deyib keçir. Məcburuq ki, bunu izləyən repititorlar var ki, onlara müarciət edək. Hazırda tarix dərskliklərində bu problem var. Həmçinin digər dərsliklərdə də. Mütəxəssislərdən xahişim odur ki, şagirdləri incitməyək".

Mütəxəssis bidriri ki, əvvəllər belə bir qayda var idi ki, 5-ci inifdə nə oxumuşduqsa 11-ci sinifdə də o mövzudan düşürdü:
"Hər il kitab dəyişmək tamamilə yanlışdır. Mən oxuduğum kitabı sabah kiçik qardaşım oxuya bilmir. Bu kitabdır, bu ağacdır, ən azından təbiətdir. Yandırılır, zibil qabına atılır. Heç olmasa ona görə fikirləşək ki, ən azı 5 il stolüstü kitabımız olsun".

Избранный
20
ucnoqta.az

1Источники