RU

Alvaro Arbeloanın Real dakı taleyi Benfika ilə oyundan asılıdır

ain.az xəbər verir, sport24.az saytına əsaslanaraq.

"Real"ın hesabat həftəsində "Osasuna"ya 1:2 hesablı məğlubiyyəti rəhbərliyi özündən çıxarıb. Sport24.az Sport.es-ə istinadən xəbər verir ki, baş məşqçi Alvaro Arbeloanın "Kral klubu"ndakı gələcək taleyi Çempionlar Liqasının pley-off mərhələsində "Benfika" ilə cavab oyunundan asılıdır.

Mənbənin sözlərinə görə, Madrid təmsilçisinin oyunçuları baş məşqçiyə inamlarını itirməyə başlayıblar. Onlar Arbeloanın taktikasını başa düşə bilmir. Rəhbərlik baş məşqçinin qərarlarını bəyənmir və onun oyunlar zamanı əvəzetmələrini izaholunmaz hesab edirlər.

"Real" "Benfika" ilə matçda uğursuzluğa düçar olsa, 43 yaşlı məşqçinin müqaviləsinə xitam veriləcək.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
15
sport24.az

1Источники