RU

Tanınmış futbolçu işsizə çevrildi

Bir vaxtlar Avropada top qovan Filippe Koutinyo klubsuz qalıb. Braziliya yığmasının sabiq oyunçusu “Vasku da Qama”dan ayrılıb.

"Football-plus.az" xəbər verir ki, 33 yaşlı yarımmüdafiəçi bu barədə sosial şəbəkə hesabında paylaşım edib.

Koutinyo Braziliya klubunda 2024-cü ildən çıxış edirdi. O, daha əvvəl yetirməsi olduğu Rio de Janeyro klubunda 2008-10-cu illərdə oynamışdı.

Avropada “İnter”, “Liverpul”, “Barselona” və “Bavariya” kimi komandalarda çıxış edən futbolçu müxtəlif komandalarla 11 kubok qazanıb. Onun Braziliya yığmasında 2010-22-ci illərdə 68 oyuna 21 qol vurduğunu da xatırladaq.

Избранный
15
football-plus.az

1Источники