Bir vaxtlar Avropada top qovan Filippe Koutinyo klubsuz qalıb. Braziliya yığmasının sabiq oyunçusu “Vasku da Qama”dan ayrılıb.
"Football-plus.az" xəbər verir ki, 33 yaşlı yarımmüdafiəçi bu barədə sosial şəbəkə hesabında paylaşım edib.
Koutinyo Braziliya klubunda 2024-cü ildən çıxış edirdi. O, daha əvvəl yetirməsi olduğu Rio de Janeyro klubunda 2008-10-cu illərdə oynamışdı.
Avropada “İnter”, “Liverpul”, “Barselona” və “Bavariya” kimi komandalarda çıxış edən futbolçu müxtəlif komandalarla 11 kubok qazanıb. Onun Braziliya yığmasında 2010-22-ci illərdə 68 oyuna 21 qol vurduğunu da xatırladaq.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta