Hazırda Yasamal rayonunun "Sovetski" adlanan ərazisində söküntü işləri dövlət tərəfindən aparılır. Bu ərazilər dövlət ehtiyacları üçün alınır və yaxın gələcəkdə burada böyük parkların salınması planlaşdırılır.Metbuat.az AzTV-yə istinadən bildirir ki, "Sovetski" adlanan ərazidə ilin sonunadək 4 200-dən çox mənzilin sökülməsi nəzərdə tutulur. Dövlət layihəsinə əsasən, indiyədək "Sovetski"də 600 mənzil tam, 850-yə yaxın mənzil isə qismən sökülüb. Məqsəd Bakını müasir görkəmdə, daha avanqard və rahat şəhərə çevirməkdir. Yenidənqurma işləri aparılan ərazilərdə mədəniyyət abidələrinin və dövlət əhəmiyyətli tikililərin sökülməsi nəzərdə tutulmayıb.