MLS-də yeni mövsüm start götürüb.

Offsideplus.az xəbər verir ki, Nəriman Axundzadənin də çıxış edəcəyi "Kolumbus Kryu" ilk oyununda məğlub olub.

Onlar "Portlend Timbers"lə bacarmayıb - 2:3.

"Kolumbus Kryu"nun qollarına Vessam Abu Ali və Dieqo Rossi imza atıb.

Qeyd edək ki, N. Axundzadə hələlik iş vizası ala bilmədiyi üçün yeni komandasına qoşulmayıb.