RU

“Antimilli ünsürlər radikal erməni dairələrinin sifarişçisi qismində çıxış edir” - DEPUTAT



Antimilli ünsürlər yenə məkrli niyyətlərindən əl çəkmirlər. Azərbaycanın mövqeləri gücləndikcə, nüfuzu artdıqca, ölkəmizin qlobal təşəbbüsləri dünyada daha çox nümunə kimi təqdim olunduqca bu məkrli dairələr də rahatlıq tapmır. Bu və ya digər şəkildə ölkəmizə qarşı qarayaxma kampaniyalarına start verirlər. Ötən həftə Vaşinqtonda keçirilən Sülh Şurasının ilk iclası çərçivəsində Azərbaycan Prezidentinə qarşı təxribat cəhdi də bu mərkli siyasətin tərkib hissəsidir.

Guya “söz azadlığı”nın təmin ounmasına çalışan qaragüruh ünsürlər ABŞ-dəki radikal erməni dairələrinin sifarişçisi qismində çıxış edərək özlərini ifşa etdilər. Sosial şəbəkələrdə yayılan videogörüntülərdə səsləndirilən ifadələr də göstərir ki, burada əsas məqsəd qarşıdurma görüntüsü yaratmaq olub. Bir daha aydın oldu ki, bu antimilli ünsürlər öz maddi maraqları naminə Azərbaycanın uğurlarına qarşı təşkilatnamağa və ölkəmizin uğurlarına kölgə salmağa çalışır.

Təsadüfi deyil ki, bu əxlaqsız və aqressiv davranış ABŞ-dəki erməni lobbi təşkilatlarından biri – Erməni Milli Komitəsi (ANCA) tərəfindən dəstəkləndi. ANCA bu ünsürlərin iyrənc davranışından fürsət kimi yararlanaraq, riyakarcasına guya Qarabağdan 150 min erməninin zorla qovulduğunu iddia etməyə çalışır. Eyni zamanda hazırda Bakıda olan və beynəlxalq hüququn norma və prinsiplərinə uyğun şəkildə mühakimə olunan separatçı rejimin rəhbəri olmuş müharibə cinayətkarlarının azad olunmasını tələb edirlər.

ANCA-dan sonra cəfəng bəyanat səsləndirən isə erməni lobbisinin Konqresdəki əsas dayaqlarından biri konqresmen Frank Pallone oldu. Onun reaksiyası bir daha göstərdi ki, bu cür təxribatlar ABŞ Konqresində erməni lobbisi ilə sıx bağlı olan dairələr tərəfindən siyasi alətə çevrilir.

1992-ci ildə qəbul edilmiş və Azərbaycana birbaşa dövlət yardımını məhdudlaşdıran “907-ci düzəliş”in müəlliflərindən biri olan, Xocalı soyqırımı ilə bağlı hər zaman qərəz nümayiş etdirən, hazırda ölkəmizə qarşı sanksiyaların tətbiqinə çalışan F.Pallonenin əlinə fürsət verənlər də onunla eyni məkrli əqidəni bölüşdüklərini təsdiqləmiş oldular.

Təəssüf ki, erməni radikalları ilə eyni düşərgəni seçən bu antimilli ünsürlər üçün maddi maraqlar milli maraqlardan öndədir. Amma bu cür təxribatların heç bir nəticəsi olmayacaq. Heç bir güc Azərbaycanın getdikcə güclənən mövqeyinə kölgə sala bilməz.



Избранный
15
aia.az

1Источники