RU

Messinin də komandası uduzdu, Nərimanın da

style='margin-bottom:10px;'>

MLS-də yeni mövsümə start verilib.

QOL.az xəbər verir ki, Lionel Messinin çıxış etdiyi “İnter Mayami” ilk oyunda “Los Anceles”in qonağı olub. Matç meydan sahiblərinin böyükhesablı qələbəsi ilə başa çatıb – 3:0.

Messi görüşdə start heyətdə yer alıb və sona qədər oynayıb.

"Qarabağ"ın və Azərbaycan millisinin hücumçusu Nəriman Axundzadəni transfer edən "Kolambus Kryu" da yeni mövsümdə ilk oyununa çıxıb. Səfərdə "Potland Timbers"lə qarşılaşan komanda 2:3 hesabı ilə uduzub.

Qeyd edək ki, Nəriman Axundzadə viza ala bilmədiyi üçün hələlik yeni klubunun düşərgəsinə qoşula bilməyib. Onun "Kolambus Kryu" ilə sözləşməsinin müddəti 2029-cu ilin yayınadək nəzərdə tutulub. 

Избранный
18
1
teleqraf.com

2Источники