RU

Çexiyalı hokkeyçi Yaromir Yaqr 54 yaşında karyerasını bitirdi

Çexiya milli komandasının heyətində 1998-ci il hokkey üzrə Olimpiya çempionu olmuş Yaromir Yaqr karyerasının bitdiyini elan edib.

"Cebheinfo.az" Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə iDnes.cz idmançının açıqlamasına istinadən məlumat yayıb.

54 yaşlı hokkeyçi Çexiyanın "Rıtiyi Kladno" klubunun oyunçusu olub və sonuncu dəfə dekabrın 21-də meydana çıxıb.

O, peşəkar karyerasına 1988-ci ildə başlayıb. "Avanqard" (Rusiya, Omsk) hokkey klubu ilə Avropa Çempionlar Kubokunu (2005) və 2011-ci ildə Kontinental Kuboku qazanıb. Yaqr Olimpiya çempionu (1998) və ikiqat dünya çempionudur (2005, 2010).

"Cebheinfo.az"

Избранный
3
2
cebheinfo.az

4Источники