RU

Səudiyyəlilər “Barselona”nın yarımmüdafiəçisinin transferi üçün 40 milyon avro ödəməyə hazırdırlar

Səudiyyə Ərəbistanı İnvestisiya Fondu (PIF) gələn mövsüm yerli liqaya qoşula biləcək oyunçular siyahısına “Barselona”nın yarımmüdafiəçisi Mark Kasadonun da adını daxil edib.

İdman.Biz bu barədə “365Scores”ə istinadən məlumat verir.

Mənbənin məlumatına görə, PIF nümayəndələri 22 yaşlı oyunçunun Səudiyyə Ərəbistanına köçməyə hazırlığını müzakirə etmək üçün yaxın günlərdə onun komandası ilə görüşməyi planlaşdırırlar. PIF Kasadonun transferi üçün 40 milyon avro təklif etməyə hazırdır və bu məbləğin “Barselona”nın maliyyə vəziyyətini əhəmiyyətli dərəcədə yaxşılaşdıra biləcəyini vurğulayır.

Bu mövsüm Kasado bütün yarışlarda 25 oyunda meydana çıxıb və bir məhsuldar ötürmə edib. Onun klubla hazırkı müqaviləsi 2028-ci ilin yayına qədərdir. Transfermarkt portalındakı məlumata görə, onun bazar dəyəri 25 milyon avrodur.

İdman.Biz
Избранный
20
idman.biz

1Источники