RU

Dünya çempionu Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubuna keçmək istəyir

“Ayntraxt Frankfurt”un yarımmüdafiəçisi Mario Getze Kriştianu Ronaldu ilə birlikdə Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunda oynamaq istəyir.

İdman.Biz bildirir ki, Getze 2014-cü ildə Almaniya millisinin heyətində dünya çempioni olub. O, final oyununda Argentinanın qapısına vurulan yeganə qolun müəllifidir.

“Əgər seçimim olsaydı, “Əl-Nəsr”ə gedərdim, çünki Kriştianu Ronaldu orada oynayır. Amma təbii ki, məsələ yalnız bir konkret klubda deyil: yarışın özü və hadisələrin necə inkişaf etməsi də vacibdir, xüsusən də gənc oyunçular üçün”, - deyə Getze bildirib.

Bu mövsüm Getze klubun heyətində bütün yarışlarda 25 oyun keçirib və iki məhsuldar ötürmə edib. Onun komanda ilə müqaviləsi 2026-cı ilin iyun ayına qədərdir.

İdman.Biz
Избранный
43
3
idman.biz

4Источники