RU

ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq koalisiya Suriyadakı hərbi bazadan qüvvələrini çıxarır

Bakı. Trend:

ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq koalisiya qüvvələri SuriyanınHəsəkə vilayətindəki “Qəsrək” bazasını boşaltmağa başlayıb.

Trend xəbər verir ki, bubarədə Suriya telekanalı məlumat verib.

Yerli medianın məlumatına görə, bu gün ABŞ ordusuna aid 20-dənçox boş yük maşını və hərbi texnikadan ibarət karvan İraqsərhədindən keçərək bazaya doğru hərəkət edib. Nəqliyyat vasitələritəxliyə əməliyyatında istifadə olunacaq.

Bu ay Suriya Müdafiə Nazirliyi “əl-Şəddadi” və “əl-Tanf” hərbibazalarını ABŞ komandanlığından təhvil alıb.

Избранный
15
6
az.trend.az

7Источники