Bakı. Trend:
ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq koalisiya qüvvələri SuriyanınHəsəkə vilayətindəki “Qəsrək” bazasını boşaltmağa başlayıb.
Trend xəbər verir ki, bubarədə Suriya telekanalı məlumat verib.
Yerli medianın məlumatına görə, bu gün ABŞ ordusuna aid 20-dənçox boş yük maşını və hərbi texnikadan ibarət karvan İraqsərhədindən keçərək bazaya doğru hərəkət edib. Nəqliyyat vasitələritəxliyə əməliyyatında istifadə olunacaq.
Bu ay Suriya Müdafiə Nazirliyi “əl-Şəddadi” və “əl-Tanf” hərbibazalarını ABŞ komandanlığından təhvil alıb.