RU

Əliyar Ağayev harda, Rəhim Həsənov da orda! yeni sədr FİFA hakimindən narazıdı?

ain.az, Footbal-plus portalına istinadən məlumatı açıqlayır.

AFFA Hakimlər Komitəsinin yeni sədri Rəhim Həsənov ən təcrübəli yerli hakim Əliyar Ağayevi nəzarəti altında saxlayır.Rəhim Həsənov mövsüm ərzində ikinci dəfə hakim-inspektor kimi təyinat alıb. Özü də Əliyar Ağayevin idarə edəcəyi “Sabah” - “Kəpəz” oyununa. Xatırladaq ki, ötən turun “İmişli” – “Qarabağ” oyununda Əliyar VAR hakimi idi. Ağdamlıların baş məşqçisi Qurban Qurbanov Kadi Borgesə qırmızı vərəqə göstərilməsini etiraz etmiş, bunu VAR-dan gələn göstərişin nəticəsi kimi təqdim etmişdi. Sonradan AFFA İntizam Komitəsi də Kadiyə təcavüzkar davranışa görə yox, ciddi qayda pozuntusuna görə cəza verdi.Rəhim Həsənov ilk dəfə hakim-inspektor kimi təyinat alanda yeni vəzifəyə keçməsinin bir ayı yenicə tamam olmuşdu. 9-cu turda “Karvan-Yevlax” - “Turan Tovuz” oyununda VAR hakimi olan Əliyar Ağayev ciddi səhvə yol vermişdi. Növbəti turda isə “Turan Tovuz” - “Şamaxı” oyunu Əliyar Ağayevə tapşırıldı, Həsənov həmin oyuna hakim-inspektor kimi yollandı. Bu nümunələrdən çıxan nəticə odu ki, Rəhim bəy ölkənin ən güclü hakimini addım-addım izləyir, işinə nəzarət etməyə çalışır.MÜZƏFFƏR QULUZADƏ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
10
1
icma.az

10Источники