RU

Bakıda batut gimnastikası və tamblinq üzrə Dünya kuboku keçirilir (FOTO)

Bakı. Trend:

21–22 fevral tarixlərində Milli Gimnastika Arenasında batutgimnastikası və tamblinq üzrə Dünya kuboku keçirilir.

Trend xəbər verir ki, yarışda6 ölkədən ümumilikdə 66 gimnast iştirak edir.

Batut gimnastikası üzrə idmançılar fərdi (qadınlar və kişilər),sinxron (qadınlar və kişilər) və qarışıq sinxron proqramlardaqüvvələrini sınayırlar.

Yarışın ilk günündə təsnifat mərhələsi, ikinci günündə isə finalçıxışları baş tutacaq.

Azərbaycanı batut gimnastikası üzrə Maqsud Mahsudov, HüseynAbbasov, Fərhad Vəliyev, Nicat Mirzəyev, Selcan Mahsudova, ŞəfiqəHümbətova, İbrahim Mustafazadə və Ayan Şabanova, Tamblinq üzrə isəMixail Malkin, Tofiq Əliyev, Adil Hacızadə və Bilal Qurbanov təmsiledirlər.

Təsnifat mərhələsinin nəticələrinə əsasən, batut gimnastikasıüzrə fərdi proqramda Selcan Mahsudova və Maqsud Mahsudov, qarışıqsinxron proqramda Maqsud Mahsudov – Selcan Mahsudova cütlüyü,sinxron qadınlar proqramında Selcan Mahsudova – Şəfiqə Hümbətova,sinxron kişilər proqramında isə Maqsud Mahsudov – Hüseyn Abbasovcütlüyü final mərhələsinə vəsiqə qazanıb.

Tamblinq üzrə Tofiq Əliyev və Mixail Malkin də finalmərhələsində çıxış etmək hüququ əldə ediblər.

Foto: Arif Quluzadə

Bakıda
Bakıda
Bakıda
Bakıda
Bakıda
Bakıda
Bakıda
Bakıda
Bakıda
Bakıda
Bakıda
Bakıda
Bakıda
Bakıda
Bakıda
Bakıda
Bakıda
Bakıda
Bakıda
Bakıda
Bakıda
Bakıda
Bakıda
Bakıda
Bakıda
Bakıda
Избранный
18
7
az.trend.az

9Источники