RU

Cəlilabad rayonunda ikimərtəbəli ev yanıb

Cəlilabad rayonunun Buravar kəndində ikimərtəbəli yaşayış evi yanıb.

NOCOMMENT.az-ın Cənub bürosunun verdiyi xəbərə görə hadisə kənd sakini Amil Əliağa oğluna Abdullayevə məxsus evdə baş verib. Evdə başlayan yanğın qısa müddət ərzində bütün otaqlara yayılıb. Əraziyə FHN-nin Cəlilabad və Yardımlı rayonlarından olan yanğından mühafizə hissəsinin texnika və canlı qüvvələri cəlb olunub. Bütün səylərə baxmayaraq, ikimərtəbəli ev tamamilə yanaraq yararsız vəziyyətə düşüb.
İlkin ehtimala görə, yanğına elektrik naqillərində baş verən qısaqapanma səbəb olub. Hadisə zamanı ev sahibi ailəsi ilə birlikdə qardaşının evinə qonaq getdiyindən xəsarət alan olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Избранный
14
8
nocomment.az

10Источники