RU

Zelenski Rutte ilə danışıb

Ukrayna Prezidenti Vladimir Zelenski ilə NATO Baş katibi Mark Rutte arasında telefon danışığı baş tutub.

News365.az xəbər verir ki, bu barədə V.Zelenski özünün Teleqram kanalında yazıb.

O bildirib ki, Rutte ilə üçtərəfli sülh danışıqlarını müzakirə edib:

“Bütün əsas diplomatik məsələlərdə mövqelərimizi razılaşdırdıq. Sevinirəm ki, bir çox mövzuda baxışlarımız bir-birinə uyğun gəlir. Amerika və Rusiya ilə növbəti üçtərəfli formatın hazırlanması barədə danışdım və tərəflərin mövqelərində ola biləcək dəyişikliklər haqqında bildiklərimizi paylaşdım”.

Избранный
2
7
news365.az

10Источники