AZ

Zelenski NATO Baş katibi ilə üçtərəfli danışıqları müzakirə edib

Ukrayna Prezidenti Volodimir Zelenski NATO Baş katibi Mark Rutte ilə telefon danışığında üçtərəfli sülh danışıqlarını müzakirə edib.

Missiya.Az APA-ya istinadən xəbər verir ki, bu barədə Zelenski özünün “Telegram” kanalında yazıb.

“Bütün əsas diplomatik məsələlərdə mövqelərimizi razılaşdırdıq. Sevinirəm ki, bir çox mövzuda baxışlarımız bir-birinə uyğun gəlir. Amerikayla və Rusiyayla növbəti üçtərəfli formatın hazırlanması barədə danışdım və tərəflərin mövqelərində ola biləcək dəyişikliklər haqqında bildiklərimizi paylaşdım”, - o bildirib.

Bundan əlavə, Zelenski Rutte ilə energetika məsələlərini və PURL proqramı üzrə işləməyin vacibliyini müzakirə etdiklərini qeyd edib.

Seçilən
1
9
missiya.az

10Mənbələr