Bu ilin yanvar ayında Azərbaycanda avtomobil nəqliyyatı ilə 10 milyon 794,7 min ton yük, 149 milyon 36,1 min sərnişin daşınıb.
Yenicag.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 572,4 min ton və ya 5,6 % və 10 milyon 876,3 min sərnişin və ya 7,9 % çoxdur.