Səudiyyə Ərəbistanı klublarını "Barselona"nın yarımmüdafiəçisi Mark Kasado ilə maraqlanır.
Offsideplus.az "Mundo Deportivo" nəşrinə istinadən xəbər verir ki, Səudiyyə Ərəbistanının Suveren Fondu 22 yaşlı futbolçunu növbəti mövsüm üçün transfer siyahısına daxil edib.
Bu transfer üçün "Barselona"ya 40 milyon avro ödəmək niyyətindədirlər.
Futbolçunun Katalon klubu ilə hazırkı müqaviləsi 2028-ci ilin yayına qədər qüvvədədir.
Qeyd edək ki, Mark Kasado cari mövsümdə "Barselona"nın heyətində bütün turnirlərdə 25 oyuna çıxıb və 1 məhsuldar ötürmə edib.