AZ

Ərəblərdən "Barselona" futbolçusuna 40 milyonluq təklif var

style='margin-bottom:10px;'>

"Barselona"nın gənc yarımmüdafiəçisi Mark Kasado Səudiyyə Ərəbistanı klublarının hədəfinə düşüb. 

QOL.az "Mundo Deportivo" nəşrinə istinadən xəbər verir ki, Səudiyyə Ərəbistanının Suveren Fondu 22 yaşlı futbolçunu növbəti mövsüm üçün transfer siyahısına daxil edib. Ərəblər bu transfer üçün "Barselona"ya 40 milyon avro ödəməyə hazırdır.

Qeyd edək ki, bu məbləğ maliyyə çətinlikləri yaşayan Kataloniya klubunun vəziyyətini əhəmiyyətli dərəcədə yaxşılaşdıra bilər. Hazırda "Transfermarket" portalı Kasadonun bazar dəyərini 25 milyon avro olaraq qiymətləndirir.

Xatırladaq ki, Mark Kasado cari mövsümdə "Barselona"nın heyətində bütün turnirlərdə 25 oyuna çıxıb və 1 məhsuldar ötürmə ilə yadda qalıb. Onun klubla hazırkı müqaviləsi 2028-ci ilin yayına qədər qüvvədədir.

Seçilən
11
3
teleqraf.com

5Mənbələr