RU

7 ölkə razılaşdı, gözlənilən elan verildi Qəzza ilə bağlı yeni proses

GlobalInfo portalından verilən məlumata əsasən, ain.az bildirir.

Sülh Şurasının ilk iclasında Qazaxıstan, İndoneziya, Mərakeş, Kosovo və Albaniyanın Qəzzaraya hərbi qüvvə göndərəcəyi açıqlanıb. Misir və İordaniyanın isə polis qüvvələrinə təlim keçməyə razılaşdığı bildirilir.

İsrail dövlət televiziyası KAN Yunanıstan və Albaniyanın da Beynəlxalq Sülhməramlı Qüvvələr (İSF) çərçivəsində Qəzzaya qoşun göndərmək üçün ABŞ rəsmiləri ilə yüksək səviyyəli danışıqlar apardığını iddia edib.

Həmçinin qeyd olunub ki, atəşkəs razılaşmasını izləmək üçün İsrailin cənubundakı Kiryat Gatda yaradılmış ABŞ hərbi bazasının nümayəndələri Qəzza zolağının cənubunda yeni ISF bazasının tikintisi ilə bağlı İsrail ordusu ilə əlaqə saxlayırlar.

Globalinfo.az-a danışan politoloq Qabil Hüseynli deyib ki, indiki məqamda Qəzzada sabitliyin təmin edilməsi və mülki şəxslərin təhlükəsizliyi əsas məsələdir:

“Sülh Şurasının ilk iclasında Qəzzaya hərbi qüvvə göndərəcək beş ölkənin adının açıqlanması hazırkı mərhələdə müsbət hadisədir. Nəticə etibarilə, indiyə qədər bu təşəbbüs ya qəbul edilmir, ya da tərəddüdlə qarşılanırdı. Lakin Qazaxıstan, İndoneziya, Mərakeş, Kosovo, Albaniya, Misir və İordaniyanın prosesə qoşulması mühüm yenilikdir.

Qabil Hüseynli

Qəzza münaqişəsi çox mürəkkəb məsələdir. İsrailin genişlənmə siyasəti, Qəzzada HƏMAS silahlılarının varlığı, İran və bir sıra ölkələrin bu təşkilatı himayə etməsi prosesi daha da qəlizləşdirir. Lakin ən acınacaqlısı Qəzzada insan haqlarının pozulması və müharibə cinayətlərinin baş verməsidir. Yəni prinsip etibarilə siyasi baxımdan hər iki tərəf haqsız olsa da, bunun cəzasını mülki şəxslər çəkir.

Hesab edirəm ki, bu təşəbbüs regiona müəyyən qədər də olsa, sülh gətirəcək. Hər halda, adı çəkilən ölkələr problemli dövlətlər olmadığı kimi, İsrail və Fələstinə paralel yanaşırlar. Bu baxımdan təhlükəsizliyin təminində irəliləyiş olacağına inanıram. Lakin siyasi həll üçün daha fərqli yanaşmalar gərəkdir”.

Turan Rzayev

Globalinfo.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
19
globalinfo.az

1Источники