RU

Rusiya, Cənubi Koreyanın Ukrayna təşəbbüsündə iştirakına cavab verəcək Zaxarova

ain.az, Bizimyol portalına istinadən məlumat yayır.

Rusiya, Cənubi Koreyanın Ukraynadakı PURL (Prioritised Ukraine Requirements List - Ukraynanın Prioritet Tələblər Siyahısı) proqramına qoşulması halında, o cümlədən qeyri-simmetrik tədbirlər də daxil olmaqla, cavab tədbirləri görməyə məcbur olacaq.

Bizimyol.info xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova açıqlama verib.

"Bir daha vurğulamaq istərdik ki, Cənubi Koreyanın bu cür tədarüklərdə, birbaşa və ya dolayı yolla iştirak etməsi, münaqişənin həlli perspektivlərini daha da uzaqlaşdıracaq. Bu, şübhəsiz, Rusiya ilə Cənubi Koreya arasındakı münasibətlərə geri dönülməsi mümkün olmayan ziyan vuracaq və Koreya yarımadası ilə bağlı konstruktiv dialoqun bərpası imkanlarını məhv edəcək. Belə vəziyyətdə biz, cavab tədbirləri görmək hüququmuzu, o cümlədən qeyri-simmetrik tədbirlər almağı məcburiyyətində qalacağıq", – deyə Zaxarova bildirib.

Zaxarova, Moskvada Seulun bu proqramda iştirak etməsi barədə xəbərləri təəccüblə qarşıladıqlarını qeyd edərək, belə addımların atılması halında, Cənubi Koreyanın ABŞ-ın Ukraynaya silah və sursat göndərməkdəki kollektiv Qərb səylərinə qatılmama rəsmi mövqeyinə zidd olduğunu vurğulayıb. O, Cənubi Koreyanın rəsmi şəxslərinin bu mövqeyi bir neçə dəfə təkrarladıqlarını xatırladıb. "Moskvada bu yanaşma yüksək qiymətləndirilir, çünki bu, Rusiya-Cənubi Koreya münasibətlərinin daha da pisləşməsinin qarşısını almaq və gələcəkdə ikitərəfli dialoq və əməkdaşlığın bərpası üçün vacib təməl kimi qiymətləndirilir", – deyə diplomatik nümayəndə əlavə edib.

PURL proqramı 2025-ci ilin yayında ABŞ-ın Ukraynaya silah tədarüklərini dayandırma qərarına cavab olaraq NATO tərəfindən yaradılıb. Bu proqram çərçivəsində Kiyev öz hərbi ehtiyaclarını müəyyən edir, AB ölkələri isə ABŞ-dan silah alaraq onları Ukraynaya pulsuz təhvil verir.

Qadir, Bizimyol.info Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
17
bizimyol.info

1Источники