RU

Zakir Həsənov hava hücumundan müdafiə hərbi hissəsinin xidməti-döyüş fəaliyyətini yoxlayıb

Bakı. Trend:

Müdafiə naziri general-polkovnik Zakir Həsənov və müdafiənazirinin müavini - Hərbi Hava Qüvvələrinin (HHQ) komandanıgeneral-leytenant Namiq İslamzadə hava hücumundan müdafiə hərbihissəsinin xidməti-döyüş fəaliyyətini yoxlayıb.

Trend xəbərverir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Müdafiə naziri general-polkovnik Zakir Həsənov hərbi hissəninkomanda məntəqəsində xidməti tapşırıqların yerinə yetirilməsi vəmövcud vəziyyət barədə məruzələri dinləyib.

Nazirliyin rəhbər heyəti ixtisas hazırlığı üzrə məşğələlərinkeçirilməsini izləyib, şəxsi heyətin peşəkarlıq səviyyəsi, nəzəribiliklərinin tətbiqi, həmçinin silah və texnikadan düzgün istifadəbacarıqları yüksək qiymətləndirilib.

General-polkovnik Zakir Həsənov keçirilən təlim və məşqlərzamanı HHM bölmələrinin arsenalına yeni daxil edilmiş müasir silahvə texnikanın taktiki-texniki xüsusiyyətlərinin dərindənöyrənilməsi, onların döyüş şəraitində effektiv tətbiq imkanlarınınmənimsənilməsi, şəxsi heyətin bu vasitələrdən düzgün və təhlükəsizistifadə bacarıqlarının artırılması barədə Hava DöyüşKomandanlığına müvafiq tapşırıqlar verib.

Избранный
15
41
az.trend.az

10Источники