RU

​Öcalanın arzusu açıqlandı -

PKK lideri Abdullah Öcalan jurnalistlərin iştirakı ilə mətbuat konfransı keçirmək istəyir.
Metbuat.az xəbər verir ki, bu bəyanatla DEM Partiyasından olan deputat Pervin Buldan çıxış edib. Parlamentari deyib ki, hazırda İmralı həbsxanasında saxlanılan Abdullah Öcalan ictimaiyyət nümayəndələri ilə əlaqələr qurmaqda maraqlıdır. Onun sözlərinə görə, Öcalan buna haqqının çatdığını düşünür. “Öcalan təkcə jurnalistlərlə deyil, siyasətçilər və universitet müəllimləri ilə də görüşməyi arzulayır. O, Türkiyənin gələcəyi ilə bağlı fikir mübadiləsi aparmaq istəyir. Təəssüf ki, hazırda belə görüşlər üçün şərait yoxdur”, - Pervin Buldan deyib.

Abdullah Öcalan tərəfdarı olan deputat həbsxanada cəza çəkən keçmiş PKK lideri ilə ayda yalnız bir dəfə görüşə bildiklərini vurğulayıb. Buldan Öcalanın xoş niyyətini nəzərə alaraq ona münasibətdə daha humanist davranılmasının vacibliyini dilə gətirib.

Избранный
17
metbuat.az

1Источники