RU

Azərbaycanlı məktəblilər beynəlxalq proqramlaşdırma müsabiqəsində 6 medal əldə ediblər

ain.az, Lent az saytına istinadən bildirir.

Azercell-in dəstəyi ilə şagirlər “Info1Cup” proqramlaşdırma müsabiqəsinə qatılıblar

7-8 fevral tarixlərində Rumıniyada 10-cu “Info1Cup” proqramlaşdırma müsabiqəsi keçirilib. 16 ölkədən 189 şagirdin proqramlaşdırma üzrə biliklərini sınadığı beynəlxalq müsabiqəyə Azərbaycan məktəbliləri onlayn formatda qoşulublar. Şagirdlər müsabiqədə yüksək nəticə göstərərək 1 qızıl, 3 gümüş və 2 bürünc olmaqla ümumilikdə 6 medal əldə ediblər. 

Bakı şəhəri akademik Zərifə Əliyeva adına liseyin 10-cu sinif şagirdi Fateh Əhmədzadə müsabiqədə qızıl medal qazanıb. Türkiyə Dəyanət Vəqfi Bakı Türk Liseyinin 10-cu sinif şagirdi Ömər Əliməmmədzadə, eləcə də Bakı şəhəri Fizika, riyaziyyat və informatika təmayüllü liseyin 10-cu sinif şagirdləri Elay Verdiyev və Əkbər Əhmədov gümüş medala layiq görülüblər. Türkiyə Dəyanət Vəqfi Bakı Türk Liseyinin 10-cu sinif şagirdi Atilla Mustafa və Sumqayıt şəhər Təbiət Elmləri Təmayüllü Gimnaziyanın 10-cu sinif şagirdi Mərd Cəfərzadə isə müsabiqəni bürünc medalla başa vurublar.

Qeyd edək ki, 2017-ci ildən etibarən məktəblilərin beynəlxalq fənn olimpiadalarına və proqramlaşdırma müsabiqələrinə hazırlıq prosesi “Azercell Telekom” MMC-nin dəstəyi ilə həyata keçirilir. Bu müddət ərzində ölkənin müxtəlif bölgə və paytaxt məktəblərini təmsil edən şagirdlər müxtəlif yaş qrupları üzrə beynəlxalq proqramlaşdırma yarışlarında ümumilikdə 114 medal qazanıblar.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
2
9
lent.az

10Источники