Bizim media portalından alınan məlumata görə, ain.az xəbər verir.
Salyanda xidməti vəzifəsini yerinə yetirərkən avtomobilin vurması nəticəsində ölən və yaralanan Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarının son görüntüləri yayılıb.
MÖVZU İLƏ BAĞLI:
Yanan avtomobili söndürən FHN əməkdaşlarını maşın vurdu - Ölən var - YENİLƏNİB
Bizim.Media xəbər verir ki, xidməti vəzifəsini yerinə yetirərkən avtomobil vurması nəticəsində FHN-nin əməkdaşı, Neftçala rayon sakini vəfat edib.Belə ki, Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin Şirvan Şəhər Yanğından Mühafizə Dəstəsinin əməkdaşı, 1984-cü il təvəllüdlü, Neftçala rayonunun Şorkənd kənd sakini Piriyev Hakim Şahlar oğlu hərəkətdə olan yük avtomobilinin vurması nəticəsində həyatını itirib.Salyan Rayon Yanğından Mühafizə Hissəsinin əməkdaşı 1989-cu il təvəllüdlü Elşən İnsanağa oğlu Tağıyev müxtəlif dərəcəli bədən xəsarətləri alıb.FHN əməkdaşlarının son görüntülərini təqdim edirik:
Bizim.Media
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.