AZ

FHN əməkdaşının faciəvi ölümü - Rəsmi açıqlama

FHN əməkdaşının faciəvi ölümü - Rəsmi açıqlama

Bakı-Astara magistral yolunda iki nəfər yanğınsöndürəni avtomobil vurub. Hadisə Ələt-Astara yolunun Kürsəngi kəndindən keçən ərazisində baş verib.

Yanan yük avtomobilini söndürməyə gələn FHN-in Salyan Yanğından Mühafizə Xidmətinin iki əməkdaşını yoldan keçən minik avtomobili vurub. Hadisə nəticəsində yanğınsöndürənlərdən biri — 42 yaşlı Hakim Piriyev hadisə yerində ölüb, digər əməkdaş xəstəxanaya çatdırılıb.

Fövqəladə Hallar Nazirliyi hadisə ilə əlaqədar açıqlama yayıb. Açıqlamada qeyd edilib ki, 21 fevral 2026-cı il tarixində saat 06:00 radələrində Bakı-Astara magistral yolunda avtomobildə baş vermiş yanğının söndürülməsi əməliyyatı zamanı xidməti vəzifələrini yerinə yetirərkən hərəkətdə olan yük avtomobilinin vurması nəticəsində FHN Dövlət Yanğından Mühafizə Xidmətinin Şirvan Şəhər Yanğından Mühafizə Dəstəsinin əməkdaşı 1984-cü il təvəllüdlü Piriyev Hakim Şahlar oğlu həyatını itirib.

Salyan Rayon Yanğından Mühafizə Hissəsinin əməkdaşı 1989-cu il təvəllüdlü Tağıyev Elşən İnsanağa oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıb. E.Tağıyevin həyati təhlükəsi yoxdur.

Faktla bağlı aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.

Seçilən
0
10
afn.az

10Mənbələr