PSJ Fransa Liqa 1-in 23-cü turunda "Mets"ə qarşı oyun ərəfəsində cinah hücumçusu Usman Dembelenin zədələndiyini açıqlayıb.
Fanat.Az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, "Monako" ilə Çempionlar Liqasının pley-off mərhələsində keçirilən (3:2) matçda əvəzlənən futbolçunun sol baldırında problem yaranıb.
Dembelenin müəyyən müddət fərdi məşqlərlə kifayətlənəcəyi bildirilib.
Qeyd edək ki, PSJ – "Mets" qarşılaşması fevralın 22-də baş tutacaq. Matçın start fiti Bakı vaxtı ilə saat 00:05-də səsləndiriləcək.
Toğrul