Bakı. Trend:
Bu ilin yanvar ayında Azərbaycanda külək elektrikstansiyalarında (KES) 56,1 milyon kVt-saat elektrik enerjisiistehsal edilib.
Trend bubarədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Məlumata görə, bu, 2025-ci ilin eyni dövründəki göstərici iləmüqayisədə 53,5 milyon kVt-saat və ya 21,6 dəfə çoxdur.
Eyni zamanda, hesabat dövründə ölkədə günəş elektrikstansiyalarında 18,5 milyon kVt-saat elektrik enerjisi istehsaledilib ki, bu da 2025-ci ilin yanvar ayındakı göstərici iləmüqayisədə 2,5 milyon kVt-saat və yaxud 15,6% artım deməkdir.
Qeyd edək ki, Azərbaycanda elektrik enerjisi, qaz və buxaristehsalı, bölüşdürülməsi və təchizatı sektorunda 2026-сı ilinyanvar ayında 350,8 milyon manat dəyərində məhsul istehsal olunubvə xidmətlər göstərilib. Su təchizatı, tullantıların təmizlənməsivə emalı sektorunda istehsal edilmiş məhsulların həcmi 45,4 milyonmanat təşkil edib.