RU

Trampın Çinə səfər tarixi açıqlandı


ABŞ Prezidenti Donald Trampın Çinə səfəri 31 mart - 2 aprel tarixlərində baş tutacaq.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Reuters” agentliyi Ağ Ev mətbuat xidmətinə istinadla məlumat yayıb.
ABŞ Prezidenti bu yaxınlarda yazda Çinə səfər etmək niyyətini təsdiqləyərək, Çin Prezidenti Si Cinpinlə görüşməyi səbirsizliklə gözlədiyini qeyd edib. O, ABŞ-nin hazırda Çinlə çox yaxşı münasibətlərinin olduğuna əminliyini ifadə edib. O, həmçinin Si Cinpinlə şəxsi münasibətlərini də “çox yaxşı” adlandırıb.
Ümumilikdə, ABŞ və Çin liderlərinin 2026-cı ildə dörd üzbəüz görüş keçirə biləcəyi bildirilir.
Избранный
17
yeniavaz.com

1Источники