RU

"MOL Group" 2025-ci ildə AÇG-nin işlənməsi üzrə kapital xərclərin ümumi həcmini açıqladı

Bakı. Trend:

Macarıstanın “MOL Group” şirkətinin Azərbaycan sektorundayerləşən “Azəri-Çıraq-Günəşli” (AÇG) neft yataqları blokununişlənməsinə yönəltdiyi kapital xərcləri 2025-ci ilin dördüncürübündə 32,5 milyon ABŞ dolları təşkil edib. Bu göstərici 2024-cüilin eyni dövründə 27,9 milyon dollar olub.

Trend bu barədəşirkətə istinadən xəbər verir.

Beləliklə, AÇG üzrə kapital xərcləri illik müqayisədə 16,5 faizartıb.

2025-ci ilin yekunlarına əsasən, “MOL Group”un AÇG üzrə ümumikapital xərcləri 109,5 milyon dollar təşkil edib ki, bu da 2024-cüildəki 114,7 milyon dollarla müqayisədə 4,5 faiz azdır.

Azərbaycanda kəşfiyyat işlərinə çəkilən kapital xərcləri 2025-ciilin dördüncü rübündə 1,5 milyon dollar olub və 2024-cü ilin eynidövrü ilə müqayisədə dəyişməyib. 2025-ci ilin yekununda isə bugöstərici əvvəlki ildəki 5,2 milyon dollara qarşı 8,7 milyondollara çatıb.

Şirkətin Azərbaycandakı digər xərcləri 2025-ci ildə 5,1 milyondollar təşkil edib.Müqayisə üçün bu rəqəm 2024-cü ildə 3,8 milyondollar olmuşdu.

Qeyd edək ki, 2025-ci ildə bp və onun birgə fəaliyyət üzrətərəfdaşlarının AÇG layihəsi çərçivəsində əməliyyat xərcləritəxminən 564 milyon ABŞ dolları, kapital xərcləri isə təxminən1,288 milyard ABŞ dolları təşkil edib.

2024-cü ildə AÇG üzrə əməliyyat və kapital xərcləri müvafiqolaraq 535 milyon və 1,293 milyard dollar təşkil edib. Beləliklə,əməliyyat xərcləri illik müqayisədə 5,4 faiz artıb, kapitalxərcləri isə 0,4 faiz azalıb.

“BP Exploration (Caspian Sea) Limited” AÇG üzrə Məhsulun PayBölgüsü Sazişi (PSA) iştirakçıları adından operator qismində çıxışedir.

AÇG layihəsində iştirak payları aşağıdakı kimidir:

bp – 30,37%, SOCAR – 31,65%, MOL – 9,57%, INPEX – 9,31%,ExxonMobil – 6,79%, TPAO – 5,73%, ITOCHU – 3,65%, ONGC Videsh –2,92%.

Məqalədə:
Избранный
20
az.trend.az

1Источники