AzVision.az xəbər verir ki, “The Guardian” nəşrinin məlumatına görə, Ukrayna prezidentinin Rusiyanın müharibəyə başlamağa hazır olduğuna şübhələri var idi.
Bunun əsas səbəblərindən biri də Qərb kəşfiyyatının hesabatlarının fərqli olması idi:amerikalılar işğalın baş verəcəyini israr edirdilər, Fransa və Almaniya isə sona qədər buna şübhə ilə yanaşırdılar.
“2022-ci il fevralın 22-də Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının o vaxtkı katibi Aleksey Danilov Zelenskiyə ona qarşı “birbaşa fiziki təhdid” barədə yüksək məxfi kəşfiyyat məlumatlarının ehtiva olunduğu qırmızı qovluq təqdim edib”, - nəşrin mənbələri deyiblər.
Jurnalistlər Zelenskinin bunu gözardı etdiyini müəyyənləşdiriblər. Amma görünür, bu, onda müəyyən təəssürat yaradıb. Belə ki, səhəri gün Mariinski Sarayında (Ukrayna prezident iqamətgahı –red. ) Polşa və Litva prezidentləri ilə görüşdə Zelenski“ola bilsin ki, siz məni axırıncı dəfə sağ görürüsünüz”ifadəsini işlədib.
- Hərbi müdaxilə ərəfəsində “qarşıdan gələn təhlükənin ciddiliyini” Zelenskihəmin günün sonunda Putinə zəng etməyə çalışıb, lakin rədd cavabı alıb. Bundan sonra Ukrayna lideri ruslara video-mesaj yazaraq onları müharibənin başlamasının qarşısını almağa çağırıb”,- qəzet iddia edir.
Sahil İsgəndərov
AzVision.az
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта