RU

Salyanda yanan avtomobili söndürən FHN əməkdaşlarını maşın vurub, biri ölüb - YENİLƏNİB - FOTO

21 fevral 2026-cı il tarixində saat 06:00 radələrində Bakı-Astara magistral yolunda avtomobildə baş vermiş yanğının söndürülməsi əməliyyatı zamanı xidməti vəzifələrini yerinə yetirərkən hərəkətdə olan yük avtomobilinin vurması nəticəsində Fövqəladə Hallar Nazirliyi (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin Şirvan Şəhər Yanğından Mühafizə Dəstəsinin əməkdaşı 1984-cü il təvəllüdlü Piriyev Hakim Şahlar oğlu həyatını itirib, Salyan Rayon Yanğından Mühafizə Hissəsinin əməkdaşı 1989-cu il təvəllüdlü Tağıyev Elşən İnsanağa oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Bu barədə APA-ya FHN-in Mətbuat xidmətindən bildirilib.

Məlumata görə, E.Tağıyevin həyati təhlükəsi yoxdur.

Faktla bağlı aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.

***

09.35

Salyanda yanan avtomobili söndürən Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşlarını maşın vurub, biri ölüb.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, səhər saatlarında Ələt-Astara avtomobil yolunun Salyan rayonunun Xıdırlı kəndinin ərazisindən keçən hissəsində yanan “Ford Tranzit” markalı yük avtomobilini söndürən FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Şirvan Şəhər Yanğından Mühafizə Dəstəsinin əməkdaşlarını “Ateco” markalı yük avtomobili vurub. Nəticədə, 1983-cü il təvəllüdlü Neftçala rayonunun Şorkənd kənd sakini Hakim Şahlar oğlu Piriyev hadisə yerində ölüb. Digər əməkdaş, Salyan rayonunun Xocalı kənd sakini, 1989-cu il təvəllüdlü Elşən İnsanağa oğlu Tağıyev xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Salyanda
Избранный
7
8
apa.az

10Источники