RU

Prezidentə qarşı təxribatda ABŞ-dakı Azərbaycan diasporunun səsi niyə çıxmadı?



"Diasporla İş üzrə Dövlət Komitəsi artıq pensiyaya çıxmalıdır. Büdcədən bu sahəyə böyük pulların ayrılmasının dayandırılması vacib addımdır".

Newscenter.az xəbər verir ki, bunu Dünya Azərbaycanlıları Assambleyasının prezidenti Rəşad Quliyev Vaşinqtonda Azərbaycan Prezidentinə qarşı baş vermiş təxribata bu ölkədəki diasporumuzun səssiz qalmasına münasibət bildirərkən deyib. O bildirib ki, diaspora XİN tərkibində bir idarə səviyyəsinə endirilməli, oradan idarə olunmalıdır:

"Ayrıca quruma ehtiyac yoxdur".


Rəşad Quliyev, "ABŞ-da ölkə başçısına qarşı təxribat baş verdi. Bəs Fuad Muradovun rəhbərlik etdiyi qurum nə ilə yadda qaldı? Diaspora niyə təşkilatlanmadı? Niyə yüzlərlə fəallarımız Prezidentin otelinin önünə cəm olunmadı? Ümumiyyətlə, diaspora nədəsə, hardasa gözə dəyirmi? Əsla!",-deyə vurğulayıb.

Süleyman
Избранный
19
1
newscenter.az

2Источники