RU

BMW həvəskarlarına pis xəbər

ain.az, Demokrat.az portalına istinadən məlumat yayır.

Avtomobil dünyasında sürüş həzzi dedikdə ağıla gələn ilk detallardan biri mexaniki sürət qutusudur. Lakin BMW M CEO-su Frank van Meel bu məsələyə mühəndislik baxımından yanaşaraq mexaniki vites qutusunun artıq "mənasız" olduğunu bildirib. Onun sözlərinə görə, müasir texnologiyalar fonunda bu növ ötürücülər həm performans, həm də səmərəlilik baxımından avtomat sürət qutularından geri qalır.Demokrat.az xəbər verir ki, BMW M-in 2025-ci ildə satdığı avtomobillərin təxminən 40 faizini məhz mexaniki sürət qutulu modellər təşkil edir. Sürücülərin bu qədər böyük marağına baxmayaraq, şirkət rəhbərliyi gələcəyə fərqli baxır. Van Meel qeyd edib ki, hazırda tədarükçülər kiçik pazar payı olan bu növ vites qutularını istehsal etməkdə maraqlı deyillər. Bu səbəbdən yaxın 10 il ərzində mexaniki ötürücüləri istehsalatda saxlamaq olduqca çətinləşəcək.BMW M rəhbərliyi bu xəbəri bir qədər yumşaldaraq bildirib ki, sadiq müştərilər üçün mexaniki viteslər daha "bir neçə il" istehsal olunacaq. Lakin uzunmüddətli perspektivdə bu seçim tamamilə sıradan çıxacaq. Bu isə o deməkdir ki, üç pedallı idman avtomobillərinin dövrü rəsmən bağlanmaq üzrədir.İsmayıl

Demokrat.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
17
demokrat.az

1Источники