RU

Premyer Liqa: “Araz-Naxçıvan” Yevlax səfərində

Azərbaycan Premyer Liqasının XXI turunda bu gün daha bir oyun keçiriləcək.

Msport.az xəbər verir ki, günün yeganə matçında cari mövsümün ortabab komandalarından “Araz-Naxçıvan” Yevlax şəhər stadionunda autsayder “Karvan-Yevlax”ın qonağı olacaq.

Baş məşqçi Andrey Demçenkonun rəhbərliyi altında ötən tur ilk qalibiyyətini alan Naxçıvan kollektivi uğurlu seriyanı bu görüşdə də davam etdirmək niyyətindədir.

Aran təmsilçisi isə 6 aylıq qələbə həsrətinə son qoymağı hədəfləyir. Tərəflər arasında ilk dövrədə keçirilən görüşdə “Araz-Naxçıvan” qalib gəlib – 2:1.

Baş hakim İnqilab Məmmədovun idarəçiliyi ilə baş tutacaq matç saat 14:30-da başlayacaq.

Turnir cədvəlində “Araz-Naxçıvan” 30 xalla altıncıdır. Sonuncu olan “Karvan-Yevlax” isə 6 xalla on ikinci pillədə yer alıb.

 

Premyer Liqa

XXI tur

21 fevral

 

14:30. “Karvan-Yevlax” – “Araz-Naxçıvan”

Hakimlər: İnqilab Məmmədov, Namiq Hüseynov, Rahil Ramazanov, Ruslan Quliyev

VAR: Tural Qurbanov

AVAR: Şirmamed Mamedov

Hakim-inspektor: Zöhrab Qədiyev

AFFA nümayəndəsi: Nəriman Axundov

Yevlax şəhər stadionu

 

Qeyd edək ki, turun əvvəlki matçlarında “Turan Tovuz” “Zirə”ni (2:0) məğlub edib. “Sumqayıt” – “Qəbələ” oyununda isə qapılara qol vurulmayıb. Bu gün keçirilməsi nəzərdə tutulan “Neftçi” – “Qarabağ” qarşılaşması daha əvvəl qeyri-müəyyən müddətə təxirə salınıb.

XXI tura fevralın 22-də yekun vurulacaq.

Избранный
4
4
msport.az

6Источники