Boks üzrə gənc oğlan və qızlardan ibarət Azərbaycan milliləri yeni ilin ilk təlim-məşq toplanışına start verib.
Sportinfo.az xəbər verir ki, hər 2 komanda hazırlığı Bakıda keçir.
Məşqçilər hüyəti toplanışa U-19 Azərbaycan çempionatında özlərini yaxşı tərəfdən göstərənləri cəlb edib.
Bakı Boks Mərkəzində keçirilən məşqlərdə əsas diqqət ümumi fiziki hazırlığa yönəlib.
Hazırlıq martın 1-də yekunlaşacaq.