RU

Mirələm Mirələmov: Gənclərin muğama marağı artmaqdadır

Bakı, 21 fevral, Gülay Nəzərova, AZƏRTAC

Son illər Azərbaycanda gənclərin milli musiqimizə, xüsusilə muğama marağının artması aydın şəkildə müşahidə olunur. Muğam müsabiqələri bu marağın formalaşmasına mühüm töhfə verir. Muğam müsabiqələrinin keçirildiyi illər ərzində yüzlərlə muğam ifaçısı yetişib. Onların bir qismi müsabiqələrin diplomantı və qalibi olub, bu gün də sənət fəaliyyətlərini uğurla davam etdirirlər.

Bunu AZƏRTAC-a açıqlamasında xanəndə Mirələm Mirələmov deyib.

O, gənclərin hansı sahəni seçmələrindən asılı olmayaraq milli musiqimizi öyrənmələrinin vacibliyini vurğulayaraq deyib: “İstər tar ifaçılığı, istər kamança, istər nəfəs alətləri, istərsə də ümumilikdə incəsənət sahəsi - bu biliklər onların dünyagörüşünü zənginləşdirəcək. Muğam çətin və məsuliyyətli sənətdir, lakin onun özünəməxsus dərinliyi var. Bu sənət bizim folklorumuzun, tariximizin və milli kimliyimizin ayrılmaz hissəsidir. Buna görə də gənclərimizin muğama maraq göstərməsi və onu qoruyub saxlaması vacibdir.”

Избранный
25
1
azertag.az

2Источники