RU

Trampın qlobal tarifləri LƏĞV EDİLDİ

Ajans.az xəbər verir ki, məhkəmə qərarına görə, Tramp administrasiyası bu tarifləri tətbiq etmək üçün istifadə etdiyi 1977-ci il Beynəlxalq Fövqəladə İqtisadi Səlahiyyətlər Qanunu (IEEPA) prezidentə belə geniş səlahiyyət vermir və bu səlahiyyət yalnız ABŞ Konqresinə məxsusdur.

Qərarda bildirilir ki, Trampın tarifləri prezident səlahiyyətlərini aşır və Konstitusiyanın “böyük suallar doktrinası”na ziddir. Bu doktrina iqtisadi və siyasi baxımdan əhəmiyyətli qərarların aydın şəkildə Konqres tərəfindən təsdiq olunmasını tələb edir. Tramp adminstrasiyası həmin qanunun idxal vergilərini tətbiq etmək üçün istifadə olunmasının düzgün olduğunu müdafiə edib, lakin Ali Məhkəmə bunu rədd edib.

Избранный
30
Ajans.az

1Источники