RU

Cərimə mexanizmində ədalətsizlik elementi var

Newscenter.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

"Yol hərəkəti qaydalarının pozulmasına görə cərimələr tətbiq olunmalıdır. Sürücülük kursları, nəzəri/praktik imtahan və sürücülük vəsiqələrin alınması ilə bağlı vəziyyət tamamilə bərbaddır".Newscenter.az xəbər verir ki, bunları Ədalət Verdiyev deyib. Onun sözlərinə görə, bu proses 70 ildir ki, dəyişmir:"İmtahanın nəzəri hissəsinin Dövlət İmtahan Mərkəzinə verilməsi təklifini artıq yaddan çıxardıq.Hamıya yaxşı məlumdur ki, cərimələr olmasa yollarda vəziyyət daha da bərbad olar, itkilərimiz dəfələrlə arta bilər". Ədalət Verdiyev onu da deyib ki, amma cərimə mexanizmində bir ədalətsizlik elementi var:"Cərimələr qayda pozanlardan alınır, amma il ərzində avtomobildən istifadə edən heç bir qayda pozmayan sürücü mükafat almır. Eyni prosesi digər sahələrə də aid etmək olar. Hesab edirəm ki, nəqliyyat ekspertləri bu məsələni müzakirəsini keçirib konkret təkliflər verə bilər". Süleyman

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
21
newscenter.az

1Источники