Müğənni Mətanət Əsədova ilə Şəbnəm Tovuzlu arasındakı qalmaqal yenidən alovlanıb.
Bizim.Media xəbər verir ki, “Tarixin bir günü” verilişində qonaq olan Əsədova Şəbnəmlə bağlı sualı eşitdikdən sonra özündən çıxıb.
O, ad çəkmədən bunları söyləyib: “Düşünüb səhv edən insanı ömrümün axırına qədər bağışlamıram, başından böyük hərəkət edəni dünya da yığılsa, əfv etmərəm. Mən məclis etsəm, istəmədiyim insanı çağırmayacağam. Söhbət kimdənsə getmir, ümumi danışıram. Düşünüb, səhv edəni, məndən böyük olsa da, bağışlamaram.
Mən sənə necəyəm, onu qaytarmağa qabiliyyətin çatmırsa, məni maddiyyatla çaşdıra bilməzsən. İnsanları özü ilə aparan Mətanətdir. Mətanət elə bir addım atar ki, necə ki atmışam, pis sözlərlə cavab almışam. Efirdə çıxıb ağzına gələni danışıb. Bilərək, düşünərək o yekəbaşlığı edirsənsə, Mətanət onu bağışlamır. Nə qədər xətrini istədiyim insan olsa da, onu bağışlamıram”.
Sara, Bizim.Media
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта