RU

Bir milyon manatlıq dələduzluq iddiası: Məşhur məmur oğlunun məhkəməsi

Vətəndaşların külli miqdarda pulunu mənimsəməkdə təqsirləndirilən Zamiq Xankişiyevin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Publika.az Oxu.Az-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Elnur Nuriyevin sədrliyi ilə keçirilən iclasda müttəhimin sərbəst ifadəsi dinlənilib.

O, şikayətçi P.Səlimovla dost olduğunu deyib:

"Əvvəllər Sumqayıtda yaşayırdı. Bakıya gəlmək istəyirdi. Mənim beton işləri görən şirkətim var, işlərin müqabilində pul əvəzi kimi tikinti şirkətləri paytaxtın müxtəlif yerlərindən mənzillər verirdilər. Səlimovun mənə satdığı tikinti materiallarının əvəzində ona Bakıda bir neçə dəfə ev vermişəm, ödənişlərimi etmişəm. Ona heç bir borcum yoxdur. Yaxın münasibətimiz olduğundan aramızda rəsmi sənədləşmə olmayıb".

Zərərçəkən isə təqsirləndirilənin dediklərini yalan və söz yığını kimi qiymətləndirib:

Избранный
59
publika.az

1Источники